Topaz Premyer Liqasının 13-cü turunun "Neftçi" – "Bakı" oyunundan sonra qonaq komandanın qapıçısı Kamran Ağayevlə meydan sahiblərinin bir azarkeşi arasında qalmaqal yaşanıb. Futbolinfo.az xəbər verir ki, zədə səbəbindən bir neçə turdu komandasına kömək edə bilməyən "Bakı"nın və futbol üzrə Azərbaycan yığmasının qapıçısı görüşü tribunadan izləyirdi.
 
Onun azarkeşlə söz davası da məhz tribunada yaranıb. Amma münaqişənin böyüməsinə imkan verilməyib.
 
Ən maraqlı məqamlardan biri isə "Neftçi"nin prezidenti Sadıq Sadıqovun oyundan az sonra həmin azarkeşlə Kamran Ağayevi barışdırması olub. Xeyli müddət onlarla söhbət edən "ağ-qaralı" klubun rəhbəri məsələnin sülhlə yoluna qoyulmasına nail olub.
Shares: