"Bayer" gənc qapıçı Bernd Leno ilə yeni müqavilə imzalayıb. Futbolinfo.az xəbər verir ki, 21 yaşlı qolkiper Leverkuzen təmsilçisi ilə sözləşməsini daha 1 illiyinə uzadıb.
 
Lenonun əvvəlki sözləşməsi 2017-ci ilə bitirdi. O, "Bayer"in heyətində 2011-ci ildə debüt edib. Geridə qalan müddət ərzində gənc qolkiper meydana çıxdığı 84 oyunda 99 qol buraxıb.
 
Qeyd edək ki, bir müddət əvvəl Leno ilə "Barselona"nın maraqlandığı haqda xəbərlər yayılmışdı. 
Shares: