Xəbər verdiyimiz kimi, Türkiyənin "Fənərbaxça" klubunun futbolçusu Kristian Baroni "Qalatasaray" ilə derbi qarşılaşmasının ardından "sarı-qırmızılı" formanı şortuna soxmaqla böyük narazılığa səbəb olmuşdu. Futbolinfo.az xəbər verir ki, artıq "Fənərbaxça" cəbhəsindən də Kristiana sərt reaksiya gəlib.
Klubun idarə heyətinin üzvü Sərdar Qarcılıoğlu futbolçunun hərəkətləri ilə bağlı bunları deyib: "Bir "Fənərbaxça"lı olaraq bu hərəkəti səhv olduğunu düşünürəm. Klub prezidenti dərhal bu futbolçunu göndərməlidi. Bu, türk futbolunun adına yaraşmayan çirkin bir hərəkətdi".





