2022-ci ildə baş tutacaq dünya çempionatı bir neçə ölkədə keçirilə bilər. Futbolinfo.az xəbər verir ki, bu barədə FİFA prezidenti Yozef Blatter açıqlama verib.
 
Qurum rəhbəri mundiala yalnız Qətərin deyil, bir neçə Orta Şərq ölkəsinin ev sahibliyi edə biləcəyini düşündüyünü deyib. Dünya çempionatının oyunlarının bir qisminin İranda oynanılması ilə bağlı müsbət mənada fikirlər eşitdiyini bildirən Blatter bunun reallaşmasını mümkün hesab edib:
 
"Orta Şərqdə bir çox ölkələr dünya çempionatına ev sahibliyi etmək məsələsi ilə yaxından maraqlanır. Birləşmiş Ərəb Əmirliyi (BƏƏ) də bu ölkələrdən biridir. Yavaş-yavaş bu barədə danışıqlar olacaq".
Shares: