“Milan”ın sahibi Silvio Berluskoni mövsümün sonunda vitse-prezident Adriano Qallianini işindən uzaqlaşdıra bilər. Baxmayaraq ki, bu gün Berluskoni vitse-prezidentə etimadının olduğunu dilə gətirib. prezident 69 yaşlı Qallianiyə müəyyən müddət verib.
 
Futbolinfo.az xəbər verir ki, bunun da səbəbi öz qızı Barbara Berluskoninin bir qədər təcrübə toplamasıdı və struktur daxilində işi öyrənməsidi.
 
Xatırladaq ki, Qalliani və Berluskoni əməkdaşlığı 34 ildir ki, davam edir. Vitse-prezident Berluskonidən də öncə “Milan”a xidmət edir.
Shares: