İspaniyanın "Barselona" klubunun argentinalı hücumçusu Lionel Messi La Liqanın son turu çərçivəsində keçirilmiş "Betis"lə oyunda ağır zədələnib. Futbolinfo.az xəbər verir ki, Argentina yığmasının baş məşqçisi Aleksandr Sabelya Messinin Ekvador və Bosniya ilə keçiriləcək yoldaşlıq qarşılaşmalarında oynaya bilməyəcəyini bildirib:
"Biz Messi ilə danışdıq və belə qərara gəldik ki, o milliyə kömək edə bilməyəcək. Zədəsinin sağalması üçün onun müəyyən zamana ehtiyacı var. Çox təəssüf ki, o, Ekvador və Bosniya ilə oyunu buraxacaq. Ən pisi də odu ki, futbolçu eyni yerdən ardıcıl ikinci dəfədir zədələnir".





