"Mənim Ronaldo ilə heç bir problemim yoxdu. Bundan əlavə dünyanın ən yaxşı futbolçusunun mükafatlandırılması mərasimində mən ona yaxınlaşacam". Futbolinfo.az xəbər verir ki, bu sözləri FIFA prezidenti Yozef Blatter deyib.
Qeyd edək ki, bir müddət onca qurum rəhbəri Ronaldi haqqında xoşagəlməz fikirlər səsləndirmişdi.
Yeri gəlmişkən, Ronaldo "Real"ın tarixinə düşmək istədiyini açıqlayıb. O son oyunlardakı məhsuldarlığını da bununla bağlayıb:
"Real"da qollarımın sayını daha da artırmaq istəyirəm. Bununla da, klubun tarixinə düşməyi planlaşdırıram. Bu arzumu həyata keçirmək üçün üzərimdə daha çox çalışıram. İnanıram ki, istəyimə nail olacam".





