Uruqvay millisinin hücumçusu Luis Suares İordaniya yığması ilə oynayacaqları pley-off matçları öncəsi iddialı açıqlamaları diqqət çəkib. Futbolinfo.az xəbər verir ki, "Liverpul"un forvardı Uruqvay millisinin dünya çempionatının final mərhələsində çıxış etməyə layiq komanda olduğunu bildirib:
 
"Uruqvay millisi dünya çempionatında oynamağı düşünür. Əminəm ki, biz pley-off oyunlarından sonra mundialda çıxış etmək hüququ qazanacağıq. Çünki çox güclü heyətimiz var. Buna görə də düşünürəm ki, üstünlük bizim tərəfimizdə olmalıdı. Uruqvay millisi dünya çempionatında oynamağa layiqdi".
 
Qeyd edək ki, Uruqvay millisi 15-19 noyabr aralığında pley-off mərhələsində İordaniya yığması ilə qarşılaşacaq.
Shares: