PSJ-nin hücumçusu Zlatan İbrahimoviç “Nitsa” ilə oyunda het-trik etməklə Paris klubunda vurduğu qolların sayını 50-yə yüksəldib. Futbolinfo.az xəbər verir ki, bunun üçün isveçli forvarda cəmi 63 matç kifayət edib.
Qeyd edək ki, İbrahimoviç Fransa çempionatında 46 oyuna 38 qol vurub. Çempionlar Liqasında meydana çıxdığı 13 görüşdə isə futbolçu 10 dəfə fərqlənə bilib. Bundan başqa, İsveç millisinin hücumçusu PSJ-nin heyətində Fransa kubokunda da 2 dəfə rəqib qapılarına yol tapıb.
Yeri gəlmişkən, İbrahimoviç haqda komanda yoldaşı Tyaqo Silva müsbət fikirlər səsləndirib. o, isveçli hücumçunun "Qızıl top" mükafatını almağa layiq olduğunu deyib: "İlk üçlükdə yer alacağını düşünürəm. Düzdü, qazanması bir az çətindi. Amma məncə, o, bu mükafata layiqdi. Zlatan bu mövsüm Ronaldo və Messidən daha yaxşı oyun nümayiş etdirib".





