AÇ-2015-in seçmə mərhələsi çərçivəsində keçiriləcək Azərbaycan – Makedoniya qarşılaşmasının keçiriləcəyi yer və vaxt müəyyənləşib. Futbolinfo.az xəbər verir ki, oyun Makedoniyanın paytaxtı Skopye şəhərində “2-ci Makedoniyalı Filipp” stadionunda keçiriləcək.
Qarşılaşma Bakı vaxtı ilə saat 20:00-da baş tutacaq.





