İtaliya Futbol Federasiyasının vitse-prezidenti Demetriyo Albertini maraqlı açıqlaması ilə yadda qalıb. Futbolinfo.az xəbər verir ki, o, Andrea Pirlonu “Qızıl Top”un ən real namizədi hesab edir.
“Milan”, Latsio” və “Atletiko” (Madrid) klubunun keçmiş yarımmüdafiəçisi namizədlər siyahısında 23-cü yerdə qərarlaşıb. Albertininin sözlərinə görə Pirlo çox istedadlı futbolçudu:
“Fikrimcə, Pirlo Franko Barezi, Paulo Maldini və Françesko Totti kimi “Qızıl Top”a real namizəddi. O çox təcrübəli və çox istedadlı oyunçudu. Onun istedadı hələ “Milan” dövründə göz önündə idi".
Maraq üçün qeyd edək ki, Andrea Pirlo “Yuventus” forması altında 102 oyun keçirib və 11 qol vurub.





