Bir vaxtlar Azərbaycan yığmasının, "Qarabağ"ın, "İnter"in, AZAL-ın məşqçisi olmuş Elxan Abdullayev Futbolinfo.az saytına müsahibə verib.
 
– Hazırda hansı işlə məşğul olursuz?
– Heç bir iş görmürəm. Demək olar ki, işsizəm…
 
– Hər hansı bir klubdan təklif varmı?
– Xeyr, heç bir komandadan təklif gəlməyib.
 
– Bir vaxtlar baş məşqçisi olduğunuz AZAL-ın indiki durumunu necə dəyərləndirərdiz?
– AZAL pis nəticə göstərmir. Mən komandanın pis vəziyyətdə olduğunu deyə bilmərəm. Hazırda 17 xalla 6-cı pillədədi. Sadəcə olaraq AZAL-da futbolçu çatışmazlığı var. Demək olar ki, egtiyat oyunçular skamyası zəifdi. Amma əsas heyət yaxşı oyun göstərir. Heyət biraz da genişlənsə, daha yaxşı olardı.
 
– "Xəzər Lənkəran" Con Toşakla nəticə qazana bilmir…
– Məncə, bu, klubların öz işləridi. Bu işə qarışmağım düzgün deyil. "Xəzər Lənkəran"ın Azərbaycanda adı var. Lakin indiki mövqe bu komandaya heç də yaraşmır.
 
– Nazim Süleymanovun "Neftçi"yə gəlişi haqda nə deyə bilərsiz?
– Çox şadam ki, azərbaycanlı məşqçi işləyir. Ümumiyyətlə yerli məşqçilərə iş veriləndə mən sevinirəm. Onlara yaxşı nəticə göstərməyi arzulayıram. Bizdə də güclü məşqçilərin olduğunu sübut etməlidilər. Hər bir yerli məşqçinin qələbəsi bizim uğurumuzdu. Çünki mən də yerli məşqçiyəm.
 
– Millinin göstərdiyi nəticələr sizi qane edirmi?
– Mənim fikrimcə, yaxşı nəticə oldu. Ola bilər ki, 9 xal bizim üçün az olar. Ancaq sevindirici bir məqam var ki, millimiz az oyun uduzdu. Müdafiəmiz demək olar ki, yaxşıdı. Bundan sonra hücumu gücləndirmək lazımdı.
 
– İlin sonunda Berti Fqtsun AFFA ilə olan müqaviləsi başa çatır…
– Əgər AFFA onunla müqavilə imzalayıbsa, deməli bu işə AFFA baxır. Mənim fikrim heç kimi maraqlandırmır. Ona görə də, bu haqda danışmaq istəmirəm.
 
RÖVŞƏN ƏHLİMANOĞLU
Shares: