"Barselona" "Çelsi"nin müdafiəçisi David Luisi yanvarda rənglərinə bağlayacaq. Futbolinfo.az İngiltərə mətbuatına istinadən xəbər verir ki, Mourinyonun "Çelsi"yə gəlişindən sonra əsas heyətə düşməkdə problem çəkən Luis 35 milyon avroya "Barselona" klubuna keçə bilər.
Qeyd edək ki, "Barselona" yayda oyunçunu transfer etmək istəsə də, "zadəganlar" təklifi rədd etmişdi.





