“Barselona”nın yarımmüdafiəçisi Serxio Buskets gələcək karyerası haqda danışıb. Futbolinfo.az xəbər verir ki, istedadlı futbolçunun karyerası ilə bağlı verdiyi açıqlama azarkeşləri məyus edib:
 
“Barselona” və İspaniya millisi ilə bir çox uğurlar qazandım. Bir müddət sonra futbolla vidallaşmaq istəyirəm. Düşünmürəm ki, futbolçu karyeram uzun müddət davam edəcək. Zənnimcə 34 yaşımı yaşıl meydanlarda qeyd etməyəcəm”.
 
Buskets peşəkar karyerasına 2007-ci ildə “Barselona B” komandasında başlayıb.
Shares: