19 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının seleksiya xarakterli təlim-məşq toplanışı keçiriləcək. Futbolinfo.az xəbər verir ki, bu barədə AFFA məlumat yayıb.
Məlumatda bildirilir ki, toplanış noyabrın 25-dən 29-na qədər Bakı şəhərində təşkil olunacaq.
Toplanışa dəvət olunacaq futbolçuların siyahısı barədə əlavə məlumat veriləcək.





