"Fulhem"in yeni baş məşqçisi müəyyənləşib. Xeyr azarkeşlər elə düşünməsin ki, hazırkı çalışdıcı Martin Yol istefaya göndərilib. Futbolinfo.az London klubunun rəsmi saytına istinadən xəbər verir ki, bundan sonra komandanı iki mütəxəssis çalışdıracaq.
 
Bu layihə çoxdan rəhbərliyin ağlında var imiş. İkinci baş məşqçinin kimliyinə gəldikdə isə bu Rene Melenstendi. Daha əvvəl "Mançester Yunayted"də Aleks Ferqyusonun köməkçisi işləyən hollandiyalı "Fulhem"də Martin Yolla birlikdə çalışacaq. Məşqçilər duetinin komandada hansı effekti verəcəyi maraqla gözlənilir.
 
Qeyd edək ki, Melensten vaxtilə "Anji"nin baş məşqçisi olub.
Shares: