"Çelsi"nin baş məşqçisi Joze Mourinyo "Monako"nun futbolçusu Radamel Falkaonun oyunun izləmək üçün Belçikaya gedib. Futbolinfo.azın Britaniya mətbuatına istinadən verdiyi məlumata görə, qış fasiləsində kolumbiyalı hücumçunu komandasına qatmağı planlaşdıran portuqal mütəxəssis Kolumbiya yığmasının Belçika ilə oynadığı qarşılaşmaya stadiondan baxıb.
Qeyd edək ki, sözügedən qarşılaşmada Kolumbiya millisi 2:0 hesablı qələbə qazanıb. Falkao isə komandasının ilk qoluna imza atıb.





