Portuqaliyada "ilin idmançısı" mükafatı sahibini tapıb. Futbolinfo.az xəbər verir ki, velosipedçi Rui Koşta ardıcıl 2-ci dəfə bu ada layiq görülüb.
 
Bu titul uğrunda gedən mübarizədə 27 yaşlı idmançı “Real”ın hücumçusu Kriştianu Ronaldonu və tennisçi Juanna Souzanı qabaqlamağı bacarıb. Portuqaliyanın ən yaxşı xanım idmançıları isə Emanuel Silva və Juan Ribeyru olublar.
 
Qeyd edək ki, bir çox azarkeş titulu Ronaldonun qazanacağını düşünürdü.
Shares: