FİFA futbolçuların dopinqdən istifadə edib-etməməsi ilə bağlı daha ciddi işlər görməyə hazırlaşır. Futbolinfo.az xəbər verir ki, bu məqsədlə ali futbol qurumu 2014-cü ildə baş tutacaq dünya çempionatı öncəsi qan örnəkləri və bioloji pasportla bağlı çalışmalarını davam etdirir.
Hazırda 600-700 futbolçu üçün bioloji pasport hazırlanıb. Bu barədə məlumat verən FİFA Dopinq Komitəsinin katibi Dvorak "DÇ-2014"ün futbolçuların bioloji pasportu olacağı ilk turnir kimi tarixə düşəcəyini bildirib: "Futbolçuların qan dəyərləri bu pasportda yer alacaq. Bu pasportun dünya çempionatında istifadə olunması təxminən 1 milyon dollara başa gələcək".





