Son dəqiqə aldığımız məlumata görə, Türkiyə Futbol Federasiyası (TFF) “Trabzonspor”un 2010/11 mövsümündə “Fənərbaxça”nın çempionluğunun ləğvi haqqında etdiyi müraciəti rədd edib. Futbolinfo.az xəbər verir ki, Adanada toplanan federasiyanın bu qərarı nəticəsində Fənərbaxçanın 2010/11 mövsümündə qazandığı çempionluq ikinci dəfə təsdiqini tapıb.
Qeyd edək ki, “Trabzosnpor” həmin dövrdə “Fənər”in oyun alqı-satqısı nəticəsində çempion olduğunu iddia edir və mövsümü ikinci pillədə başa vurduqları üçün çempionluğun onlara verilməsini tələb edirdi.





