"Barselona"nın vitse-kapitanı Xavi Hernandes mövsümün sonunda klubdan ayrılacağı gözlənilən Viktor Valdesin yerinə komandada görmək istədiyi qapıçının adını açıqlayıb. Futbolinfo.az xəbər verir ki, "El Mundo Deportivo"ya danışan yarımmüdafiəçi hazırda "Napoli"də icarə əsasında forma geyən Pepe Reynanın Kataloniya klubuna uyğun əlcək sahibi olduğunu vurğulayıb:
"Düzdü, kimin transfer olunub-olunmayacağını mən müəyyənləşdirə bilmərəm. Amma onun "Barsa"ya gəlməsi komanda üçün çox yaxşı olar".
Qeyd edək ki, Reyna karyerasına Kataloniya klubunda başlayıb. İspaniya vətəndaşı olan Pepenin transfer hüququ “Liverpul”a məxsusdu.





