Dünən DÇ-2014-ün final mərhələsinə vəsiqə uğrunda mübarizə davam edir. Futbolinfo.az xəbər verir ki, Braziliyada Afrikanı təmsil edəcək komandalar ötən gecə daha iki vəsiqənin sahibini müəyyənləşdiriblər.
Nigeriya Efiopiya ilə münasibətlərinə aydınlıq gətirib. 90 dəqiqənin sonunda qələbəni bayram edən nigerlər Braziliyaya vəsiqəni təmin edib. Cütlüyün ilk qarşılaşmasında Nigeriya yığması 2:1 hesablı qələbə qazanmışdı.
Digər oyunda isə Seneqal Kоt-D'İvuаrı qəbul edib. Bu oyunda qalib müəyyənləşməyib. Lakin ilk oyunda Seneqal 1:3 hesabı ilə məğlub olduğundan DÇ-2014-ə vəsiqəni əldən verib.
DÇ-2014
Afrika zonası üzrə pley-off oyunları
16 noyabr
Nigeriya – Efiopiya – 2:0
Qollar: Viktor Moses, 20-pen, Viktor Obinna, 82.
Seneqal – Kоt-D'İvuаr – 1:1
Qollar: Mussa Sov, 77-pen. – Salamon Kalu, 90.





