Braziliya yığmasının baş məşqçisi Luis Felipe Skolari Joze Mourinyonun “Barselona”nın hücumçusu Neymarı tənqid etməsinə qarşı çıxıb. Futbolinfo.az xəbər verir ki, təcrübəli mütəxəssis "sambaçı"nın artıq Messi və Ronaldo səviyyəsində çıxış etdiyini bildirib:
 
“Mourinyo yaxşı bacardığı işlə məşğuldu. O, bilir ki, Neymar artıq Messi və Ronaldo ilə eyni səviyyədə çıxış edir. Bu səbəbdən Çempionlar Liqasında “Çelsi” ilə “Barselona”nın üzləşəcəyi halda öz işini sığortalamaq istəyir. Mourinyo bilərəkdən ictimaiyyəti Neymara qarşı yönəldir”.
Shares: