İtaliyanın "Roma" klubunun baş məşqçisi Rudi Qarsiya DÇ-2014-ün final mərhələsinə vəsiqə uğrunda mübarizə aparan Fransa və Ukrayna yığmaları arasındakı pley-off matçı haqqında danışıb. Futbolinfo.az xəbər verir ki, təcrübəli məşqçi fransızların mundiala gedəcəyindən əmindi:
 
"Fransızlar çox əzmkardı. Əminəm ki, onlar Braziliyaya gedəcəklər. Futbolçular çox həyəcanlıdılar. Fransada bizi olduqca aqressiv oyun gözləyir".
 
Xatırladaq ki, ilk oyunda Ukrayna millisi Kiyevdə Fransanı 2 cavabsız qolla məğlub etmişdi.
Shares: