"Simurq"un baş məşqçisi Georgi Çıxradzenin futbolinfo.az saytına müsahibəsi
– Qarşıda "Sumqayıt"la oyun var. Komanda bu görüşə necə hazırlaşır?
– Hazırda Zaqataladayıq. Komanda əvvəlki kimi məşq edir. Bütün oyunlara necə, bu oyuna da elə hazırlaşırıq. "Sumqayıt"a zəif komanda kimi baxmırıq. Ümumiyyətlə, bu çempionatda kiməsə zəif demək düzgün olmazdı.
– Zaqatala şəhər stadionu artıq ev oyunlarınızı qəbul etməyə tam hazırdı?
– Bəli. Nəhayət ki, stadionumuz buna hazırdı. Artıq məşqlərimizi də burda edirik. Ev oyunlarına da burada çıxacağıq.
– Heyətdə zədəli və ya cəzalı futbolçu varmı?
– Xeyr. Tam heyətlə məşq edirik. Hər şey qaydasındadı.
– "Bakı" ilə oyundan sonra buraxılan qollarda futbolçuların bilərəkdən səhv etdiyi deyilirdi. Siz bu barədə nə düşünürsüz?
– Bilirsiz, ümumiyyətlə futbolda səhv olmasa, top özü gedib qapıya girməz. Mən düşünmürəm ki bu, bilərəkdən edilən səhv idi. Hər bir futbolçu səhv edə bilər.
– Ümumiyyətlə, "Simurq"un bu ilki şanslarını necə dəyərləndirirsiz?
– Hələ çempionatın 1/4-i geridə qalıb. Turnir cədvəlində də sıxlıq var. Qarşıda oyunlarımız çoxdu. Ən yaxşısına ümid edirəm.
– Sizcə, komanda avrokuboklara vəsiqə qazana biləcək?
– Ən əsas vəzifəmiz budu. Hədəfimiz avrokuboklara çıxmaqdı. Amma bununla kifayətlənmirik. Həm çempionatda, həm də ölkə kubokunda var gücümüzlə mübarizə aparacağıq.
– Qış fasiləsində hansı mövqeyə futbolçu almağı düşünürsüz?
– Ümumiyyətlə, hər bir mövqedə rəqabəti artırmaq lazımdı. Bunun üçün hücümçü, müdafiəçi və yarımüdafəçı alacağıq.
– Sizcə, bu mövsüm çempionluq yolunda əsas favoritlər hansı klublardı?
– Çempionluq mübarizəsinin əsasən "Qarabağ" və "Neftçi" arasında gedəcəyi dəqiqdi. Onlara daha 3-4 komanda qoşula bilər.
– Çempionluq mübarizəsinin əsasən "Qarabağ" və "Neftçi" arasında gedəcəyi dəqiqdi. Onlara daha 3-4 komanda qoşula bilər.
KƏMALƏ İSMAYILOVA





