Azərbaycan millisinin sabiq futbolçusu Usim Ndukanın futbolinfo.az saytına müsahibəsi
 
– Mart ayından zədəlisiz. Hazırda vəziyyətiniz necədi?
– Hər şey yaxşıdı. Müalicəm davam edir. Çalışıram ki, tez zamanda sağalım.
 
– Zədə səbəbindən karyeranızı başa vurduğunuz deyilir…
– Yalan söhbətdi. Kim deyir ki, mən karyeramı başa vurmuşam? Bunlar hamısı cəfəngiyyatdı. Hazırda İstanbuldayam və rehabilitasiya keçirəm. Cərrahiyə əməliyatı olunduğum da deyilir. Bu da yalandı. Karyeramı bitirməmişəm, bitirmək fikirim də yoxdu. Tezliklə yaşıl meydanlara qayıdacağam.
 
– Tezliklə deyəndə, təxminən nə vaxt tam hazır olacaqsız?
– 4 həftədən sonra tam hazır olacam.
 
– Sağalmağınızın bu qədər uzun çəkməsinin səbəbi nədi?
– Əvvəla onu deyim ki, zədələnməyimin səbəbi Zaqataladakı süni meydança oldu. Mən Türkiyədə həmişə təbii ot örtüklü meydançalarda çıxış etmişəm. Zaqatala da isə süni meydança idi. Onu da qeyd edim ki, martda zədələndiyim vaxt “Simurq” məni yaxşı xəstəxanaya aparsaydı, elə həmin vaxt da sağalacaqdım və zədəm bu qədər uzun vaxt davam etməyəcəkdi.
 
– İstanbuldan nə vaxt qayıdacaqsız?
– Terapiyam başa çatdıqdan sonra.
 
– Hansısa klubdan təklif almısız?
– Bəli, təkliflərim var. Amma düşünürəm ki, əvvəla tam hazır olmalıyam. Ondan sonra təklifləri dəyərləndirəcəm.
 
– Əvvəllər də Türkiyə PTT 1-ci Liqasında çıxış etmisiniz. Təkliflər Türkiyədəndi, yoxsa yerli klublarımızdan?
– Hesab edirəm ki, hələ bu barədə ətraflı məlumat vermək düzgün deyil. Tam sağalım, hər şey yaxşı olacaq.
 
ELMAR VƏLİYEV
Shares: