"Barselona"nın futbolçusu Xavi Hernandes komanda yoldaşı Lionel Messinin bu il "Qızıl top" mükafatını alacağını düşünmür. Futbolinfo.az xəbər verir ki, təcrübəli yarımmüdafiəçiyə görə, Messi hazırda ən yaxşı oyunçu olsa da, bu il şansı azdı:
“Əgər mən İspaniya millisinin kapitanı olsaydım, səsimi Messiyə verərdim. Bundan sonra Riberi və daha sonra Ronaldonu seçərdim. Ancaq fikrimcə, Messinin "Qızıl top"u qazanmaq şansı azdı".





