Almaniya millisinin sabiq futbolçusu Burak Karan Suriyada gedən vətəndaş müharibəsində hələk olub. Futbolinfo.az xəbər verir ki, “Hamburq”, “Hannover” və ”Alemaniya” kimi komandalarda çıxış edən futbolçu 2008-ci ildə futboldan uzaqlaşaraq dini qruplaşmaya qoşulub və bu müstəvidə qətlə yetirilib.
Futbolçunun qardaşı Mustafa Karan qardaşının ölümü haqqında araşdırma aparılacağını bildirib.
Qeyd edək ki, futbolçu U-16 və U-17 yığmalarında Sami Xedira və Jerome Boatenqlə birlikdə çıxış edib.





