Azərbaycan milli komandası hazırda Qırğızıstanla yoldaşlıq görüşü keçirir. Futbolinfo.az xəbər verir ki, AFFA-nın rəsmi saytı bu görüşün AZTV vasitəsilə canlı yayımlayacağını bildirsə də, görüşün tamaşaçılara təqdim olunması baş tutmayıb.
 
AZTV-dən bunun səbəbini öyrənməyə çalışdıq. Məlum oldu ki, yayımı ötürmək üçün siqnal yoxdu. Bu problemin isə dövlət televiziyası yox, Qırğızıstan televiziyasından qaynaqlandığı deyilir.
Shares: