"Qalatasaray"ın canlı əfsanəsi George Hacı yenidən Türkiyə nəhənginə qayıdır. Futbolinfo.az xəbər verir ki, bu barədə Türkiyə televiziyaları xəbər yayıb.
 
Məlumata görə, İstanbul klubunun rəsmiləri məşhur rumıniyalını idman direktoru vəzifəsinə gətirmək üçün onunla danışıqlara başlayıb.
 
Artıq tərəflər arasında ilkin görüş keçirilib. Hacının "Qalatasaray"a dönməyə razılıq verdiyi bildirilir.
 
Xatırladaq ki, George "Qalatasaray"da 1996-2001-ci illərdə futbolçu kimi çıxış edib, 2010-2011 mövsümündə isə komandanın baş məşqçisi olub.
Shares: