Dünən Kamal Quliyevin yenidən "Neftçi"yə qayıtması ilə bağlı xəbər vermişdik. Hətta Quliyev özü də bu məlumatı futbolinfo.az saytına təsdiqləmişdi.
Amma bu gün "ağ-qaralar"ın baş məşqçisi Nazim Süleymanov saytımıza müsahibəsində bu xəbəri təkzib etdi. Daha doğrusu o, bundan xəbərsiz olduğunu söylədi.
Bəs görəsən Kamalı bu komandaya kim və nə üçün qaytarır? Bütün suallara aydınlıq gətirmək üçün klubun vitse-prezidenti Tahir Süleymanovla danışmağa çalışsaq da, təəssüf ki, o, zənglərimizi cavabsız qoydu.
Belədə, klubun mətbuat xidmətinin rəhbəri Gündüz Abbaszadə ilə əlaqə saxladıq. O, durumu belə izah etdi: "Biz hər zaman yerli mütəxxəsislərə üstünlük vermişik. Kamal Quliyev də çox hörmət etdiyimiz və güvəndiyimz yerli məşqçilərdəndi. Amma onun bu dəqiqə "Neftçi"yə qayıtması söhbət mövzusu ola bilməz. Ən azı qış fasiləsinə qədər".





