Türkiyənin "Beşiktaş" klubu bir müddət əvvəl UEFA tərəfindən əlindən alınan titulunu geri qaytarıb. Futbolinfo.az xəbər verir ki, 2010/11 mövsümü üzrə Türkiyə Kubokunu qazanan İstanbul klubu danışılmış oyunlar səbəbi ilə rəsmi şəkildə tanınmırdı.
Belə ki, "qara qartallar"ın sözügedən kuboku UEFA-nın rəsmi saytından silinmişdi. Lakin qitə futbol qurumunun internet səhifəsi "Beşiktaş"ın qazandığı kuboku yenidən istanbulluların qazandığı titullar siyahısına əlavə edib.
Xatırladaq ki, "Beşiktaş" həmin mövsüm kubokun finalında "İstanbul BB" üzərində penaltilərlə qələbə qazanmışdı (əsas vaxt – 2:2, penaltilərlə – 4:3).





