İngiltərə mətbuatına inansaq, “Arsenal” “Şalke”nin gənc istedadı Julien Drakslerin transferini bitirmək üzrədi. Futbolinfo.az xəbər verir ki, “topçular” alman futbolçuya formasını geyindirmək üçün mövsümün sonuna qədər gözləmək məcburiyyətindədi.
Çünki əldə olunan razılığa əsasən, “Şalke” Drakslerin ən azı yaya qədər heyətdə qalmasını istəyib.
Julien Almaniya yığmasından olan yoldaşları Məsut Özil və Per Mertazakerdən “Arsenal” haqda kifayət qədər məlumat alıb: "Yanvarda klub dəyişdirərək DÇ-2014 şansımı riskə atmaq istəmirəm. Ancaq yayda nə olacağını heç kim bilə bilməz. Məsut və Per mənə “Arsenal“ haqqında olduqca gözəl şeylər izah edib. Lakin bu an üçün çox çox şey danışmaq doğru olmaz. Çünki “Şalke”dəki insanların bunları eşitməkdən məmnun olacağını sanmıram".
Qeyd edək ki, Drakslerin gələn mövsüm Londonda qalacağı evin belə “Arsenal” tərəfindən təyin olunduğu gələn məlumatlar arasındadı.





