“Kəpəz”in düşərgəsində şadyanalıqdı. Komanda üzvləri oktyabr ayı üçün nəzərdə tutulan məvacibləri bu gün ala biləcəklər.
 
Pullar artıq ötən gün səhər saatlarında klubun bank hesabına köçürülüb.
 
Əldə etdiyimiz məlumata görə, bu günlərdə komandanın başına keçən yeni baş məşqçi Azər Məmmədov ilk olaraq maaş məsələsinin həllini rəhbərlik qarşısında qaldırıb. O, qarşıdakı oyuna kimi futbolçuların yubanan məvaciblərinin ödənilməsini istəyib.
 
Qeyd edək ki, 1-ci divizionun əksər klubları kimi, “Kəpəz”də də maaşların verilməsi ilə bağlı problemlər var.
 
NURƏHMƏD
Shares: