İngiltərənin "Çelsi" klubunun baş məşqçisi Joze Mourinyo cari mövsüm zəif təsir bağışlayan Eşli Koula əvəzləyici tapıb. Futbolinfo.az xəbər verir ki, təcrübəli mütəxəssis "Bavariya"nın kapitanı Filip Lamı transfer etməyi planlaşdırır.
Mourinyo yanvarda cinah müdafiəçisini heyətə qatmaq üçün “pivəçilər”ə təklif göndərməyə hazırlaşır. Lakin "Bavariya"nın çalışdırıcısı Xosep Qvardiola Almaniya millisinin futbolçusunu buraxmaq niyyətində deyil. Lam Münhen təmsilçisində Pepin ən sevimli futbolçularından hesab olunur.
Qeyd edək ki, 30 yaşlı futbolçu 2002-ci ildən "Bavariya"nın əsas komandasında çıxış edir.





