Topaz Premyer Liqasının 14-cü turunun "Qəbələ" – AZAL matçı qolsuz davam etsə də, gərginlik yüksək həddədi. Futbolinfo.az xəbər verir ki, görünür məhz bu üzdəndi ki, meydan sahiblərinin müdafiəçisi Elnur Allahverdiyev hətta komanda yoldaşını təhqir edəcək qədər əsəbləşib.
 
Belə ki, qarşılaşmanın ikinci hissəsində "Qəbələ"nin yarımmüdafiəçisi Lorenzo Ebesilio ötürməni gecikdirib. Elnurun buna reaksiyası isə çox sərt olub. Yığmamızın da şərəfini qoruyan müdafiəçi onun bu hərəkətini "pas ver də, … sənin böyüyünü" ifadəsi ilə qarşılayıb.
 
Qeyd edək ki, bu, həmin Elnurdu ki, cəmi iki tur öncə "Qarabağ"la oyunda rəqib komandanın azarkeşlərinə qarşı ədəbsiz jest etmişdi və hamı onun bu hərəkətinə görə cəzalanmasını tələb edirdi. Amma göründüyü kimi, bölgə klubunun cəzasız qoyduğu futbolçu öz tərbiyəsizliyindən heç vəchlə əl çəkmək istəmir.
Shares: