Dortmund “Borussiya”sının baş məşqçisi Yurgen Klopp həftəsonu bundesliqanın 13-cü turu çərçivəsində lider “Bavariya” ilə keçirəcəkləri oyun barədə maraqlı açıqlamalar verib. Futbolinfo.az xəbər verir ki, alman mütəxəssis iddialı danışıb və Münhen klubunun məğlubedilməzlik seriyasına son verəcəklərini deyib:
“100 faiz oyunumuzu ortaya qoyanda rəqiblərimizi iflic edən bir sistemimiz var. Bir çox zədəli futbolçumuzun olduğu doğrudu, amma əlimizdən gələni edib, rəqibin uğurlu seriyasını qıracağıq. “Bavariya” pis oynayanda belə qalib gələ bilir. Onsuz da, yaxşı oynayanda qazanırlar. Bəs bununla necə bacaracağıq? Bu suala hələ də bir cavab tapa bilməmişəm, amma həftəsonu “Bavariya”nı udaraq onların da məğlub ola biləcəyini bütün dünyaya göstərəcəyik”.
Qeyd edək ki, “Borussiya” – “Bavariya” qarşılaşması noyabrın 23-də keçiriləcək.





