İtaliya nəhəngi “Yuventus” 35 yaşlı qapıçı Canluici Buffona əvəzləyici axtarmaqda davam edir. Futbolinfo.az xəbər verir ki, İtaliya mətbuatının yazdığına görə, Turin təmsilçisi “Nyukas”lın qapıçısı Tim Krulla yaxından maraqlanır.
25 yaşlı qolkiperlə başqa komandaların da maraqlandığını nəzərə alan “qoca sinyora” qış fasiləsində “sağsağanlar”a təklif göndərmək niyyətindədi.
Qeyd edək ki, Hollandiya yığmasının da qapısını qoruyan Krull bu mövsüm “Nyukas”la 11 oyun keçirib.





