Çinin “Beysin Quoan” komandasının hücumçusu Frederik Kanute karyerasını başa vurmaq qərarına gəlib. Futbolinfo.az xəbər verir ki, birvaxtlar “Sevilya” forması ilə Avropada adından söz etdirən afrikalı forvard bu haqda özü açıqlama verib.
36 yaşlı futbolçu klubla müqaviləni uzatmaq istəmədiyini dilə gətirib. Xatırladaq ki, 16 illik karyerası ərzində malili qolçu “Sevilya”nın heyətində iki dəfə UEFA kubokunun qalibi olub və Əndəlus klubunun tarixinə ən çox qol vuran futbolçu kimi düşüb. O, karyerası ərzində Lion “Olimpik”I və “Vest Hem” kimi klublarda forma geyib.
Kanute 2007-ci ildə Afrikanın ən yaxşı futbolçusu seçilib.





