FİFA prezidenti Yozef Blatter "Real"ın (Madrid) futbolçusu Kriştianu Ronaldo haqda dediyi sözlər üçün peşman olmadığını açıqlayıb. Futbolinfo.az xəbər verir ki, o, daha əvvəlki açıqlamasında Lionel Messinin daha güclü olduğunu və Ronaldonun bərbərdə daha çox pul xərclədiyini bildirmişdi.
Qurum rəhbəri son açıqlamasında Ronaldo haqda müsbət fikirlərini bir daha səsləndirərək deyib: “Ronaldo üçün dediyim sözlərə görə peşman deyiləm. O mənim üçün qeyri-adi futbolçu olaraq qalacaq. Meydanda özünü komandir kimi aparır”.





