"Neftçi"nin baş məşqçisi Nazim Süleymanov Topaz Premyer Liqasının 14-cü turu çərçivəsində qarşılaşdıqları "İnter"lə oyunu şərh edib. Futbolinfo.az xəbər verir ki, "ağ-qaralar"ın çalışdırıcısı 1:3 hesabıyla başa çatan görüşdən sonra bunları söyləyib:
 
“İlk hissədə zəif oynadıq. İkinci hissəyə pis başlamamışdıq. Komandadan narazı qaldım, hesab da bunu göstərir. Verilən tapşırıqları yerinə yetirmədilər. Bəzi futbolçuların diqqətsizliyi nəticəsində qapımızda qollar gördük. Məşqçi kimi mənim də səhvlərim oldu. Bunların üzərində işləyəcəyik. Bir futbolçunun səhvi bütün komandanın oyununa təsir edir. Daha diqqətli oynamaq lazımdı. Mən "Neftçi"yə gəldiyim ilk gündən demişdim ki, marafon uzundu. Komanda bu marafonda yıxıla da bilər, dura da bilər. Bu gün yıxıldıq. Amma əsas odu ki, dura bilək. Hakimliklə bağlı danışmaq istəmirəm. Bu barədə rəhbərlik danışsa yaxşı olar”.
Shares: