Fransa futbolunun canlı əfsanəsi Tyerri Anri sabiq komandası “Arsenal”ın düşərgəsində peyda olub. Futbolinfo.az xəbər verir ki, klubun rəsmi saytının məlumatına əsasən, ABŞ MLS liqasında mövsüm başa çatdığından ulduz futbolçu bir müddət İngiltərə nəhəngiylə məşqlərə çıxacaq.
1999-2007-ci illərdə “Arsenal”la böyük uğurlara imza atan 36 yaşlı forvardın “Nyu-York Red Bullz”la 2014-cü ilin dekabr ayına qədər müqaviləsi var.





