"Borussiya" (Dortmund) klubunun baş məşqçisi Yurgen Klopp maraqlı açıqlamalar verib. Futbolinfo.az xəbər verir ki, təcrübəli mütəxəssis deyib ki, son bir həftədə komandanın əsas futbolçularının zədələnməsi saçlarının ağarmasına səbəb olub:
"Saçlarımın 80 faizi bu zədələrdən bir həftədə ağarıb. Vəziyyətimiz heç də yaxşı deyil. Qarşıdakı oyunlara nəzərə salsaq, bu zədələrlə işimiz lap çətin olacaq".
Qeyd edək ki, "Borussiya" ötən gün Bundesliqada "Bavariya"nı qəbul etdi və 0:3 hesablı məğlubiyyətlə üzləşdi.





