"Bavariya" klubunun baş məşqçisi Xosep Qvardiola Almaniyada oynanılan futbola hələ də uyğunlaşa bilməyib.  Futbolinfo.az xəbər verir ki, bu barədə təcrübəli mütəxəssisin özü açıqlama verib.
 
Çalışdırıcı adaptasiya üçün hələ zamana ehtiyacı olduğunu bildirib: "Bavariya"nın hələ də mənim komandam olduğunu söyləyə bilmərəm. Bir az daha zamana ehtiyacım var. Oynadığımız futboldan məmnunam, amma mənim tərzim fərqlidi. Bundesliqada əks-hücumlara çox üstünlük verilir, ancaq bu, mənə görə deyil".
Shares: