İspaniya La Liqasının 14-cü turunda dünən keçirilən "Almeria" – "Real" oyununda (0:5) qonaqların futbolçusu Kriştiano Ronaldo zədələnib. Futbolinfo.az xəbər verir ki, komandasının ilk qolunu vuran portuqaliyalı hücumçu ikinci hissənin əvvəllərində sağ ayağından zədələnərək oyunu davam etdirə bilməyib və 55-ci dəqiqədə meydanı tərk edib.
 
Həkimlərin ilkin müayinəsinə görə, Ronaldo noyabrın 27-də "Qalatasaray"la keçirilcək Çempionları liqası matçını buraxa bilərdi.
 
Lakin daha sonra verilən açıqlamada portuqal qolçunun zədəsinin yaxşı olduğu bildirilib. Futbolçunun vəziyyəti hazırda ürəkaçandı. Sadəcə olaraq ayağında kiçik ağrı hiss edən Kriştianu risk etmək istəməyib. Baş məşqçi Karlo Ançelotti də Ronaldonun bir qədər yorğun olduğunu dilə gətirərək zədənin ciddi olmadığını təsdiq edib.
Shares: