Topaz Premyer Liqasının 14-cü turunun "İnter" – "Neftçi" matçından sonra baş verən olaylar ciddi müzakirə mövzusudu. Futbolinfo.az xəbər verir ki, tərəflər bir-birini yerli-yersiz ittiham etməkdədilər.
Bu məsələyə oyunda AFFA nümayəndəsi olan Qürbət Həsənovun da mövqeyi maraqlı idi. Hər halda onlar bitərəf mövqe kimi, hadisələrə daha düzgün qiymət verə bilərlər. Lakin təəssüf ki, Həsənov əməkdaşımızla söhbətində bu barədə danışmaqdan imtina edib:
"Oyundan sonra mənim bu barədə nəsə deməyə hüququm yoxdu. Sabah iclasda hər şeyi deyəcəm. Ondan sonra nə sualınız olsa, Gülağa Cabbarova (AFFA Hakim-inspektorlar Komitəsinin sədri) verərsiz.





