Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib. Futbolinfo.az xəbər verir ki, aparılan müzakirələrdən sonra Topaz Premyer Liqasında çıxış edən klubların əvəzedici heyətləri arasında təşkil olunan ölkə çempionatının 14-cü turunun oyunları ilə bağlı yalnız aşağıdakı aşağıdakı bir qərar çıxarılıb.
“İnter” – “Neftçi” oyununun 25-ci dəqiqəsində “Neftçi”nin futbolçusu Mehman Rəsulov kobud oyuna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 2 oyunluq cəzalanıb, klubu 1000 manat cərimə olunub.





