Çempionlar Liqasının qrup mərhələsində sabah baş tutacaq "Real" (Madrid) – "Qalatasaray" matçına hər iki komanda ciddi itkilərlə çıxacaq. Futbolinfo.az xəbər verir ki, Madrid klubundan dörd futbolçu "Cim-bom"la oyunda forma geyə bilməyəcək.
 
Bunlar milli komandalarda zədələnən Sami Xedira, Fabio Koentrao, Rafael Varan və  Kriştianu Ronaldodu.
 
"Qalatasaray"dan isə qapıçı Fernando Muslera bu oyunu buraxmalı olacaq. Bundan başqa, Aykut Erçetin, Engin Baytar, Yekta Kurtuluş da zədəli olduğu üçün heyətə daxil edilməyib.
Shares: