Almaniyanın “Volfsburq” klubunun oyunçusu Diyeqo Ribas da Kunha futbol həyatına İngiltərədə davam etmək istədiyini söyləyib. Futbolinfo.az xəbər verir ki, onun ürəyindəki komanda “Arsenal”dı.
 
Ada mətbuatına danışan braziliyalı oyunçu iddialı danışıb: "Premyer-liqadan bəzi klubların mənimlə maraqlandığını bilirəm. Bu komandalardan biri də “Arsenal”dı. Onların sistemin oyun xarakterimə uyğun gəlir. "Arsenal” mənim üçün ideal bir yerdi. Təklif gəlsə, “bəli” deyərəm".
 
Qeyd edək ki, Dieqo ilə “Sautqempton”un da maraqlandığına dair xəbərlər dolaşır.
Shares: