"Xəzər Lənkəran"ın rumıniyalı yarımmüdafiəçisi Adrin Pitin futbolinfo.az saytına müsahibəsi
– Uzun fasilədən sonra “Xəzər Lənkəran”la ilk məşqinə çıxdınız. Yenidən əsas komandanın düşərgəsinə qayıtmaq necə hiss idi?
– Super. Buralar mənə doğmadı. Yenidən “Xəzər Lənkəran”ın əsas heyətində məşq etmək mənə zövq verdi. Özümü çox rahat hiss edirəm.
– “Xəzər Lənkəran”la müqavilənizin müddəti nə vaxta qədərdi?
– Müqaviləmin müddəti 2014-cü ilin iyun ayında bitəcək.
– Toşak sizi əsas komandadan göndərəndə digər klublardan təkliflər oldumu?
– Oldu. Amma mənim “Xəzər Lənkəran”la müqaviləm var idi. Ona görə də heç bir kluba gedə bilməzdim. Mən həmişə öncə Lənkəranı düşünmüşəm. Bu klubda oynamaq və davam etmək istəyirəm.
– Özünüz də burada qalmaq istəyirdiz?
– Əlbəttə. Əgər istəməsəydim, gedərdim.
– Toşak gedən kimi əsas komandaya qayıtdız…
– Mənim burada heç kəslə problemim olmayıb. Heç vaxt heç kəslə mübahisə etmərəm, kimləsə münasibətlərimi pisləşdirmərəm. Amma Toşak məni xoşlamırdı. Bu da onun problemi idi.
– Artıq “Xəzər Lənkəran”ı yeni baş məşqçi çalışdıracaq. Bu Türkiyəli Mustafa Dənizlidi. Onu tanıyırsızmı?
– Yox. Onunla bağlı heç bir məlumatım yoxdu.
– Türkiyənin böyük klublarında işləyib…
– O artıq müqavilə bağlayır?
– Bəli, bildiyimizə görə, qarşıdakı iki ildə “Xəzər Lənkəran”ı Dənizli çalışdıracaq…
– Mən onun haqqında yalnız onu bilirəm ki, Türkiyədə tanınmış məşqçidi. Türkiyənin ən böyük klublarında işləyib və uğurlar qazanıb. İnanıram ki, “Xəzər Lənkəran”da da uğurlu olacaq.
– “Xəzər Lənkəran”dan ayrılsaydız, təəssüflənərdiz?
– Mən hələ ki, "Xəzər Lənkəran"dayam və buna görə şadam. Sonra nə baş verəcək, bunu indidən demək olmaz. Heç kim bilmir ki, mən 1 aydan sonra harada olacağam. Hər şeyi birlikdə görəcəyik. Əlbəttə ki, “Xəzər Lənkəran”dan getsəydim, təəssüflənərdim. Buraları çox sevirəm.
– Lənkəranlı azarkeşlər sizin əsas komandadan uzaqlaşdırılmağınıza təəssüflənmişdilər…
– Mən bütün fanatlara göstərdikləri dəstəyə görə təşəkkürümü bildirirəm. Meydana çıxacağam və onları yenə sevindirəcəm.
– Amma onlar Pitdən əvvəlki performansı görmək istəyirlər…
– Mən “Xəzər Lənkəran”da oynadığım hər oyunda bacardığımın ən yaxşısnı göstərdim. Bundan sonra da elə olacaq. Əgər mənə güvənib yenidən bura qaytarıblarsa, deməli yaxşı oynamalıyam. Bəzən bir futbolçunun eniş dövrü olur. Toşak məni göndərməmişdən əvvəl öz bacarığımı tam göstərə bilmirdim. Zədələr mənə imkan vermirdi. Amma indi özümü çox yaxşı hiss edirəm. Həm də futbol bir futbolçudan asılı oyun deyil. Meydana 11 nəfər çıxır. Hamı gərək yaxşı ola ki, uğur gələ.
– Özünüzü hazır hiss edirsiz? Axı bir neçə müddət komandadan ayrı qalmısız…
– Əvəzedici komandada oynayırdım. Hesab edirəm ki, əsas komanda da çıxış etməyə hazıram.
– İki ay məşq etməmisiz. Bu, öz sözünü deyə bilər?
– Mən evdə olanda da özüm üçün məşq edirdim. Boş qalmırdım.
– Mən evdə olanda da özüm üçün məşq edirdim. Boş qalmırdım.
– Növbəti həftə AZAL-la qarşılaşırsız…
– Lənkəranlı azarkeşlər bizdən qələbə gözləyirlər. Həm yeni məşqçi gələcək, həm də, komanda doğma meydanda oynayır. Biz bu oyunda qalib gəlməliyik. Oyundan-oyuna artırmalıyıq.
– “Xəzər Lənkəran” bu mövsüm çox pis oyun sərgiləyir və sonuncu pillələrdə qərarlaşıb. Sizcə, komanda özünə gələ biləcəkmi?
– Komandanın düzəlməsi üçün 3 ardıcıl qələbəyə ehtiyac var. İlk oyun vacibdi. Biz AZAL, “İnter” və "Rəvan"ı məğlub etsək, komanda özünə inanacaq və ardıcıl qələbələr gələcək. Bunun üçün ilk oyun vacibdi. AZAL-ı məğlub etməliyik.
– Liderlə aranızda 15 xal fərqi var..
– Hər şeyi bilirəm. Amma futbol elə oyundu ki, çempionatın əvvəlində axırıncı, sonunda isə çempion ola bilərsən. Buna görə də futbol dünyanın ən maraqlı və zövqverici oyunudu. Çünki burada hər şey baş verə bilər. Heç nə mümkünsüz deyil.
– “Xəzər Lənkəran”a qayıtmağınıza ən çox kim sevindi?
– Ən çox təbii ki, ailəm sevindi. Həyat yoldaşım sevindi ki, mən doğma komandama qayıtdım. Onlar həmişə məni dəstəkləyiblər.
– Bəs komandaya qayıtmamağınızı istəyənlər var idi?
– Əlbəttə, bir neçə nəfər var idi ki, komandaya qayıtmağımı istəmirdi. Amma mən onlara fikir verən deyiləm. Bu, onların problemidi. Bu adamlar sadəcə, özlərini yorurlar. Adrian Pit qayıtdı və komandadı. Mən nə vaxt futbol oynayıramsa, o zaman xoşbəxt oluram. İndi də xoşbəxtəm. Mənə heç kim mane ola bilməz.
ELSEVƏR





